Türkiyənin "Beşiktaş" klubunun oyunçusu Cekson Muleka Səudiyyə Ərəbistanının "Al Kholood" klubu ilə anlaşıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Muleka Ər-Riyada getmək üçün bu gün İstanbuldan ayrılıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi Muleka üçün "Beşiktaş”a 1 milyon avro kirayə, 1,5 milyon avro isə alış opsiyonu ödəyəcək.
Bildirək ki, 24 yaşlı hücumçu "Beşiktaş"ın heyətində 80 oyuna çıxıb, 15 qol vurub, 3 məhsuldar ötürmə edib.
Məryəm