"Beşiktaş" klubu Jonas Svenssonu heyətinə qatdığını açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, mətbuat önündə yeni baş məşqçisi Fernando Santos ilə müqavilə imzalayan "Beşiktaş" "Adana Dəmirspor"la yollarını ayıran norveçli sağ cinah müdafiəçisi Yonas Svenssonu rəsmən klub heyətinə qatıb.
Norveç millisində 23 dəfə forma geyinən və 1 qol vuran 30 yaşlı müdafiəçi karyerasında "Rozenborq” və "AZ Alkmaar” kimi komandalarda da çıxış edib.
"Adana Dəmirspor"la 84 matça çıxan Svensson bu matçlarda 1 qol vurub, 9 məhsuldar ötürmə edib.
"Beşiktaş" rəsmiləri bəyanatda açıqlayıb:
"Klubumuz 2023-2024 mövsümü üçün orta müddətli transfer çalışmaları çərçivəsində norveçli müdafiəçi Jonas Svenssonla müqavilə imzalayıb. Jonas Svenssonu "Beşiktaş" ailəsinə salamlayır və ona möhtəşəm formamızla böyük uğurlar arzulayırıq”.
Mikayıl