"Beşiktaş" İstanbul derbisində "Fənərbağça"nı məğlub edib

"Beşiktaş" İstanbul derbisində "Fənərbağça"nı məğlub edib
İDMAN
22:16 07.12.2024
393
"Beşiktaş" İstanbul derbisində "Fənərbağça"nı məğlub edib.

"Report"un məlumatına görə, oyun Türkiyə Superliqasının XV turuna təsadüf edib.

Qarşılaşma "qara qartallar"ın qələbəsi ilə yekunlaşıb - 1:0.

73-cü dəqiqədə Aleks-Oksleyd Çamberlayn fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Beşiktaş" dördüncü pillədə qərarlaşıb. "Fənərbağça" 32 xalla ikinci sıradadır.
OXŞAR XƏBƏRLƏR