"Beşiktaş" müdafiəçisini "PAOK"a satdı

İDMAN
12:35 30.08.2024
156
Yunanıstanın "PAOK" klubu Türkiyənin "Beşiktaş" klubunun müdafiəçisi Ömər Kollini heyətinə qatmaq istəyir. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstan komandası oyunçunun "Beşiktaş"la yollarını rəsmən ayırmasını gözləyir.

Qeyd edək ki, "PAOK" 31 yaşlı futbolçu ilə 1+1 illik müqavilə bağlayıb. 

Bildirək ki, bazar qiyməti 3,5 milyon avro olan oyunçunun "Beşiktaş"la müqaviləsi gələn il başa çatır.

Xatırladaq ki, "Beşiktaş"da 46 matça çıxan Kolli 8 qol vurub.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR