"Rusiyanın Vladiqafqaz şəhərinin “Alaniya” klubu Avropa Liqasının təsnifat mərhələsinin ilk qarşılaşmasını Türkiyədə “Beşiktaş”la keçirib. Oyun İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.“Beşiktaş” hesabı 20-ci dəqiqədə çexiyalı Sivokun qolu ilə açıb. Ümumilikdə oyun ərzində “Beşiktaş” aşkar üstün görünməyib. Lakin Türkiyə klubu oyunun sonunda daha iki qol vurub və cütlüyün taleyini elə ilk oyundan həll etmiş olub. İkinci qolu Quti penalti zərbəsindən vurub, oyunda son nöqtəni isə portuqaliyalı Almeyda qoyub.