"Beşiktaş" üç xalı üç qolla qazandı

"Beşiktaş" üç xalı üç qolla qazandı
İDMAN
00:16 30.09.2025
141
Türkiyə Superliqasının 7-ci turunda iddialı "Beşiktaş" doğma arenada autsayder "Kocaelispor"u qəbul edib.

AZXEBER.COM xəbər verir ki, "qartallar" matçda sevinən tərəf olublar. Meydan sahiblərinin üç qoluna qonaqlar yalnız bir dəqiq zərbə ilə cavab veriblər - 3:1.

Bu qələbədən sonra İstanbul klubu xallarını 12-yə çatdıraraq turnir cədvəlində 5-ci yeri tutur. Komanda əksər rəqiblərinə nisbətən bir oyun az keçirib. "Kocaelispor" isə cəmi 2 xalla yarışın sonuncusudur.
OXŞAR XƏBƏRLƏR