"Beşiktaş" və "Bursaspor"dan şok qərar

İDMAN
12:17 17.09.2011
1874
Türkiyə Superliqasının iki iddialı klubu - "Beşiktaş" və "Bursaspor" rəhbərliyi şok qərarla azarkeşlərini təəccübləndirib. Bu iki komanda öz aralarında keçiriləcək oyunlarda azarkeşlərini rəqib meydanına aparmamaq haqda qərar qəbul edib. Adıçəkilən klublar artıq bu barədə qərarı Türkiyə Futbol Federasiyasına da bildirib. Türkiyə Futbol Federasiyasına da öz növbəsində bu qərara hörmətlə yanaşdığını açıqlayıb.
Xatırladaq ki, ötən mövsüm keçirilən "Bursaspor" - "Beşiktaş" oyunu daha çox azarkeşlər arasında yaşanan insidentlə yadda qalmışdı.

OXŞAR XƏBƏRLƏR