Türkiyə Super Liqasının 9-cu həftəsində "Beşiktaş" evdə "Gençlerbirliği"ni qəbul edib.
AZXEBER.COM xəbər verir ki, 1:0 hesabı ilə öndə olan "qartallar" 2 dəqiqədə 2 top buraxaraq 3 xalı əldən veriblər.
Super Liqada bu mövsüm ilk ev oyununda məğlub olan "Beşiktaş" 13 xalla 6-cı, "Gençlerbirliği" isə 9 xalla 13-cü pillədə qərarlaşıb.
Səfərdə "Rizəspor"u 2:1 hesabı ilə məğlub edən "Trabzonspor" isə 3 xal qazanıb.
Bu qələbə ilə Qara dəniz təmsilçisi xallarını 20-yə yüksəldib, "Rizəspor" isə xalını 8-ə çatdırıb.