"Beşiktaş"da ən çox gözlənilən adlar arasında olan Cenk Tosun və Salih Uçanla bağlı sürpriz qərar verilə bilər.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Fernando Santosun növbəti mövsüm üçün planlarında Cenk Tosun və Salih Uçan yer almayıb.
İki futbolçunun performansından asılı olaraq portuqaliyalı məşqçinin qərarını dəyişə bilər.
Qeyd edək ki, "Beşiktaş"ın heyətində 28 matçda 8 qol vuran Cenk Tosun 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Salih Uçan isə qara-ağlı komandada 27 matçda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.
Mikayıl