"Beşiktaş"da çıxış edən 19 yaşadək futbolçulardan ibarət millimizin üzvü Berkay Vardar əsas yığmamıza çağırıla bilər.
Millimizin baş məşqçisi Canni De Byazi 18 yaşlı yarımmüdafiəçini yığmamıza dəvət etməyə hazırlaşır.
Qeyd edək ki, B.Vardar "Beşiktaş"la Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Ayaks"la matçda (0:2) 73-cü dəqiqədə meydana daxil olub. Bununla da, o, həm ÇL-də, həm "Beşiktaş"ın əsas komandasında debüt edib. /// qol.az