Türkiyənin "Beşiktaş" klubu futbolçusu Keni Arroyo ilə yollarını ayırıb.
Bu barədə İstanbul təmsilçisi məlumat yayıb.
"Ağ-qaralar" 19 yaşlı hücumçunun keçidi üçün Braziliya təmsilçisi "Kruzeyro" ilə anlaşıb.
Qeyd edək ki, Keni Arroyo cari ilin əvvəlində "Beşiktaş"a keçmişdi.