“Beşiktaş”ın futbolçusuna ağır cəza

“Beşiktaş”ın futbolçusuna ağır cəza
İDMAN
20:28 26.10.2017
1276
"Beşiktaş”ın müdafiəçisi Caner Erkin ağır cəzalandırlıb.
 
AZXEBER.COM Apasport.az -a istinadən məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsi futbolçuya 6 oyun meydana çıxmağa qadağa qoyub.
 
Buna səbəb Canerin "Başakşəhər”lə oyunda qarşılaşmanın baş hakimi Mete Kalkavanı təhqir etməsi olub.
 
Türkiyə millisinin də formasını geyinən müdafiəçi üstəlik 43 min türk lirəsi miqdarında cərimə də ödəməlidi.
 
Qeyd edək ki, Super Liqanın növbəti turundakı "Alanyaspor”la oyunu sarı vərəqə cəzası səbəbindən buraxacaq Canərin 6 oyunluq cəzası bundan sonra başlayacaq. O, üst-üstə 7 oyun meydana çıxa bilməyəcək.
OXŞAR XƏBƏRLƏR