"Beşiktaş"ın tanınmış hücumçusu millinin oyununda zədələndi

İDMAN
14:34 16.10.2024
326
"Beşiktaş"ın hücumçusu Milot Raşitsa UEFA Millətlər Liqası turnirində keçirilən Kosovo-Cənubi Kipr matçında zədələnib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, futbolçu 16-cı dəqiqədə zədələnərək meydanı tərk edib.
 
28 yaşlı futbolçunun vəziyyətinə yaxın günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, Milot Raşitsa bu mövsüm "Beşiktaş"ın heyətində bütövlükdə 12 matçda iştirak edib, Oyunçu bu matçlarda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR