"Beşiktaş"ın ulduz futbolçusu "Qalatasaray" ilə oyun haqda danışdı

İDMAN
17:05 15.07.2024
239
Türkiyənin "Beşiktaş" klubunun yeni transferi Çiro İmmobile komandayla məşqlərə başlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, italyan hücumçu "Qalatasaray”la keçiriləcək "Superkubok" matçı ilə bağlı açıqlama verib.
 
O, oyunla bağlı bu fikirləri deyib:

"Komandam üçün önəmli olmaq, həmçinin bacardığım qədər kömək etmək istəyirəm. Vacib bir mövsümə başlayacağıq, amma əvvəlcə avqustun 3-də vacib matç var. Həmin matça və mövsümə yaxşı hazırlaşacağıq”.

Qeyd edək ki, avqustun 3-də Olimpiya Stadionunda keçiriləcək "Superkubok" matçında "Beşiktaş" "Qalatasaray"la qarşılaşacaq.
 
Məryəm

OXŞAR XƏBƏRLƏR