Bəşir Əsədin taleyi İstanbulda həll ediləcək

DÜNYA
11:10 26.08.2013
1131

Bəşər Əsədin taleyi bu toplantıda həll ediləcək.

AZXEBER.COM xəbər verir ki, bu gün Türkiyənin İstanbul şəhərində “Suriya xalqının dostları” qrupunun növbəti toplantısı keçiriləcək.Toplantıda Türkiyəni Suriyadakı sabiq səfiri Ömer Önhon təmsil edəcək.Toplantıda 11 ölkənin - Amerika Birləşmiş Ştatları, Türkiyə, İngiltərə, Fransa, İtaliya, Almaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Qatar, İordaniya və Səudiyyə Ərəbistanın nümayəndələrinin iştirakı gözlənilir.Tədbirdə xüsusilə Suriyada dinc insanlara qarşı kimyəvi hücumların ardından ölkədə yaşanan vəziyyət və uçuşa qadağan bölgə elan ediməsi kimi məsələlər müzakirə ediləcək. Eyni zamanda BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Suriya ilə bağlı bir qərarın verilə bilməməsi də qiymətləndirilərək, beynəlxalq cəmiyyətin ata biləcəyi addımlar nəzərdən keçiriləcək.Bunun ardınca Türkiyə daxil 7 ölkənin baş qərargah rəisləri İordaniyada bir araya gələcəklər. Bundan dərhal sonar Suriyadakı böhranın həllinə aydınlıq gələcək.

OXŞAR XƏBƏRLƏR