Betontökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

Betontökən qurğu Ordubad sakininin ölümünə səbəb olub
SOSİAL
21:57 26.08.2023
212

Avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı betontökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən AZXEBER.COM-a məlumat verilib.

Bildirilib ki, faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

OXŞAR XƏBƏRLƏR