Yaxın günlərdə "BeUstad” Təhsil Mərkəzində "Yaşıllıqlara aqrotexniki qulluq” adlı qısamüddətli ixtisasartırma kursu keçirilib.
Bağbanlıq kursunun sonunda imtahan təşkil edilib və müvəffəqiyyətlə keçən tələbələrə xüsusi sertifikatlar təqdim olunub. Digər tələbələrdən öz bilik səviyyəsi ilə fərqlənən, həm imtahanı, həm də müsahibə mərhələsini müvəffəqiyyətlə keçənlərin isə işlə təmin olunması üçün hazırlıqlara başlanılıb.
"BeUstad” Təhsil Mərkəzi peşəkar bağbanlığa marağı olan, müvafiq sahədə öz işini qurmaq istəyənlərin mütəxəssis kimi yetişdirilməsini hədəfləyən ixtisasartırma kurslarına qeydiyyat prosesini davam etdirir.
Qeyd edək ki, "BeUstad” Təhsil Mərkəzində bütün tələbələr fərdi olaraq qiymətləndirilir, koordinasiyalı şəxslər onlara uyğun kursları seçməyə kömək edir. Seçim imkanları tələbələrin gələcək təhsil və karyera planlarına, qabiliyyətlərinə, maraqlarına, vərdişlərinə və təcrübəsinə görə dəyişə bilir. Onlara gələcəkdə uğurlu karyera qurmaları üçün peşəkarlar tərəfindən maliyyə məsləhətləri, lazımi tövsiyələr verilir.
"BeUstad” düzgün karyera planlama, lazımi bacarıq və qabiliyyətləri inkişaf etdirmək və məqsədyönlü sosiallaşmaq üçün hər cür şərait yaradılmış ideal mərkəzdir. Odur ki, hər kəs tərəddüd etmədən mərkəzə müraciət edə bilər.