‘Bəxt üzüyü’ filminin davamı çəkiləcək? – VİDEO

MƏDƏNİYYƏT
12:02 18.05.2014
3011

‘Mənə təklif etdilər ki, “Bəxt Üzüyü” filminin ikinci hissəsini 25 il sonra çəkək’

AZXEBER.COM xəbər verir ki, bu sözləri xalq artisti Afaq Bəşirqızı ötən gün qatıldığı radio verilişlərinin birində söyləyib. A.Bəşirqızı “Bəxt üzüyü” filminin ikinci hissəsinin çəkiləcəyi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. O, 25 il sonra bu filmin yenidən çəkilməsinə ehtiyyac olmadığını deyib:

“Vaqif Səmədoğlunu çox istəyirəm. Ona olan hörmətim və sevgimin həddi yoxdur. Saysanız heç onunla 5 dəfə telefonla danışmışam, ya yox. Bir dəfə mənə təklif etdilər ki, “Bəxt Üzüyü” filminin ikinci hissəsini 25 il sonra çəkək. Mən həmin kinostudiyaya sərt cavab verdim. Çünki bu film bir dəfə çəkilib və onun davamının olması tamaşaçını bu filmdən soyuda bilərdi. Amma fikirləşdim ki, əgər Vaqif Səmədoğlu razılıq versə mən də onun xətrinə mütləq razılaşmalıyam. Amma Vaqif müəllim mənə zəng edərək dedi ki, həmin kinostudiya əgər ondan icazəsiz “Bəxt üzüyü” filminin ikinci hissəsini çəksə onları məhkəməyə verəcək. Mənim içim ondan sonra çox rahat oldu”.

OXŞAR XƏBƏRLƏR