Tanınmış teleaparıcı Səxavət Nur Novruz bayramını ABŞ-da qarşılayıb. AZXEBER.COM-un məlumatına görə, teleaparıcı orada 1980-ci illərin ən parlaq müğənnisi və aktrisasıFirəngiz Rəhimbəyovailə görüşüb. "Bəxt Üzüyü" filmində Seda obrazını canlandırmış Firəngiz Rəhimbəyova 1990-cı illərdən ABŞ-da yaşayır. O, amerikalı biznesmenə ərə gedib. Aktrisa çox nadir hallarda Bakıya gəlsə də, öz evində soydaşlarımızı çox hərarətlə qarşılayır.
Səxavət Nur sosial şəbəkədə Firəngiz xanımın da fotolarını paylaşıb.







