“Bəxtimiz onda gətirdi ki, “Qarabağ” “İnter”ə təmiz qol vursa da, hakim bunu hesaba almadı”.
AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, “Dnepr” klubunun futbolçusu Sergey Kravçenko deyib.
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunun “Dnepr” – “Sent-Etyen” (1:0) matçından sonra Ukrayna mətbuatına danışan yarımmüdafiəçi dünən bir qulaqlarının Azərbaycanda olduğunu bildirib: “Bizim oyunumuz başa çatanda dedilər ki, Bakıdakı matç hələ davam edir. Bir qədər narahat olsaq da, oradakı nəticədən xəbər tutanda sevincimizin həddi-hüdudu yox idi”.
Kravçenko paralel keçən “Qarabağ” – “İnter” matçında Ağdam klubunun sayılmayan qoluna da toxunub: “Biz ilk növbədə, öz oyunumuz haqda düşünürdük.
Mütləq qələbə qazanmalı olduğumuzu yaxşı anlayırdıq. Amma yenə deyirəm ki, bəxtimiz gətirdi. Çünki “Qarabağ”ın təmiz qolu sayılmadı. Hakimin nəyə görə həmin qolu saymadığını anlamadım. Buna qədər bəxtimiz gətirmirdi. “İnter” və “Sent-Etyen”lə matçlarda penaltini vura bilməmişdik. Görünür, bu dəfə bəxt bizim tərəfimizdə olub”.