1) Emosiyalara qapılıb insanlar haqqında tez qərar verməyin. İnsanları anlamaq çətindir, danlamaq asan. İnsanları anlamağa çalışın.
2) İnsanları danlayıb itirmək asandır, anlayıb qazanmaq çətin. Anlayıb qazanmağa çalışın. Xüsusi ilə də insan qazanmağa ən çox ehtiyacımız olduğu zamanlarda...
3) Özünüzlə fərqli tərəfləri axtarıb uzaqlaş(dır)maqdansa, ortaq tərəfləri görüb yaxınlaş(dır)ın.
4) Təmkinli və səbirli olun, zaman hər bir insanın və hər bir hadisənin ən düzgün qiymətini verəcək".