Bəxtiyar Hacıyev polis bölməsinə aparıldı - FOTO

SİYASƏT
12:19 22.04.2014
1942
Ağır Cinayətlər Məhkəməsində həbsdə olan Nida-çıların işi üzrə keçirilən məhkəmə prosesində gənc fəal Bəxtiyar Hacıyev saxlanılıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə Hacıyev özünün facebook hesabında yazıb.
“Polis gəlib mənə deyirdi ki, gəncləri sakitləşdir. Mən də dedim ki, mənə niyə deyirsiniz, onların rəhbəri deyiləm ki? Biri dedi o qızı tutun aparın, mən də dedim qarşıdurma lazım deyil. Sonra biri kobud danışdı mənimlə, dedi bəs sən kimsən? Dedim vətəndaşam. O dəqiqə də polislər tutub apardılar. Vətəndaş olmağın qadağan olduğunu bilmirdim...”
Hacıyev hazırda 22-ci polis bölməsindədir.

OXŞAR XƏBƏRLƏR