Bəxtiyar Vahabzadə 'Şəhidlər' - POEMA

Bəxtiyar Vahabzadə
KÖŞƏ
00:45 20.01.2012
15721
AZXEBER.COM portalı Bəxtiyar Vahabzadə "Şəhidlər" poemasını təqdim edir Qatil gülləsinə qurban gedərkən,Gözünü sabaha dikdi şəhidlər.Üçrəngli bayrağı öz qanlarıylaVətən torpağına çəkdi şəhidlər.***Zalım öyünməsin zülmləriylə,Min bir böhtanıyla, min bir şəriylə.Həqiqət uğrunda ölümləriyləÖlümü kamına çəkdi şəhidlər.***O şənbə gecəsi, o qətl günü,-Mümkünə döndərdik çox namümkünü.Xalqın qəlbindəki qorxu mülkünü,O gecə dağıdıb sökdü şəhidlər.***Tarixi yaşadıb diləyimizdə,Bir yumruğa döndük o gecə biz də.Yıxıb köləliyi ürəyimizdəCəsarət mülkünü tikdi şəhidlər.***Onlar susdurulan haqqı dindirər,Qaraca torpağı qiymətləndirər.Donan vicdanları qeyrətləndirər,Axı, el qeyrəti çəkdi şəhidlər.***Bilirik, bu bəla nə ilkdi, nə son,Ölürkən uğrunda bu ana yurdun.Quzu cildindəki o qoca qurdun,Doğru, düz cildini çəkdi şəhidlər.***Dözdü hər zillətə, dözdü hər şeyə,“Dünyada mənim də haqqım var”,- deyəKütləni xalq edən müqaviləyəQanıyla qolunu çəkdi şəhidlər.***İnsan insan olur öz hünəriylə,Millət, millət olur xeyri, şəriylə.Torpağın bağranı cəsədləriylə,Azadlıq tumunu əkdi şəhidlər.
OXŞAR XƏBƏRLƏR