Bəy toyun səhəri qaçdı

DÜNYA
14:25 25.08.2014
3494
Türkiyənin Manisa şəhərində 27 yaşlı bəy toy gününün səhəri yoxa çıxıb.
Bəy toyda hədiyyə olunan 30 min lirə dəyərindəki zinət əşyalarını da özü ilə aparıb.
Polisə şikayət edən gəlin bəylə 8 ay əvvəl tanış olduğu və sevərək evləndiklərini bildirib.
Onun ifadəsinə görə, təzə bəy toyun səhəri ona mesaj yazaraq dostunun atasının öldüyünü və xəstəxanada olduğunu deyib:
“Ona bir neçə dəfə zəng vuranda gələcəyini, qızılların isə babasında olduğunu dedi. Amma axşam evə gələn yaxınları onun başqa sevgilisi olduğunu dedilər. Sən demə onun başqa telefon nömrəsi və sevgilisi var imiş”.
///gun.az
OXŞAR XƏBƏRLƏR