Xəbər verdiyimiz kimi, türkiyəli şoumen Bəyazit Öztürk oktyabrda Bakının qonağı olacaq.Axşam.az-ın məlumatına görə, o, 7-8 oktyabr tarixlərində Heydər Əliyev Sarayında “Beyaz live” adlı konsert proqramı ilə çıxış edəcək.Təşkilatçılığını Nahid Emiloğlunun etdiyi gecəyə biletlərin qiyməti 30 manatdan 230 manata kimidir.Bəyazın Avropa turnesi çərçivəsində baş tutacaq konsertində İrem Derici, Ayla Çelik və Hakan Altun səhnəyə çıxacaq.