“Bəyaz Palace”ın sahibi 4 min cərimələndi

“Bəyaz Palace”ın sahibi 4 min cərimələndi
SOSİAL
11:59 14.08.2021
334
Şamaxıda karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.

DİN-in mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, şəhər ərazisində yerləşən "Bəyaz Palace” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların "icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.
OXŞAR XƏBƏRLƏR