“Bəyənmədiyiniz meyxanaçıların mahnıları ilə məclislərdə at oynadırsız” - Aydın Sani

“Bəyənmədiyiniz meyxanaçıların mahnıları ilə məclislərdə at oynadırsız” - Aydın Sani
MAQAZİN
14:19 24.07.2024
384

"İndi səhnədə olan "civcivlər” artıq yavaş-yavaş ələnirlər. Bir neçə ildən sonra hansısa tanışının əli ilə jekdə katibə kimi işləyəcəklər. Çünki onlar heç kimə lazım deyillər. Adam özünü dinləyiciyə necə "soxuşdura” bilər? Bədəni ilə? Onlarda bu özgüvəni yaradan, onlara baxıb ağzının suyunu axıdan üç, dörd nəfərdir”.

Bu sözləri AZXEBER.COM-a müsahibəsində müğənni Aydın Sani deyib.

İddialarını səsləndirərkən həmkarlarının adlarını çəkməkdən də çəkinməyən sənətçi bayağı mahnılardan söz açıb:

"Dediyimiz bu bayağı axı nə deməkdir? Buna baxmaq lazımdır ilk əvvəl. Sizdən soruşsam Röya, Brilliant Dadaşova, Aygün Kazımova bayağıdır? Deyəcəksiniz yox. Amma gəlin indi onların da oxuduğu mahnıların sözlərinə baxaq. Misal üçün, Röyanın "Tut əlimdən” mahnısı... Bu nəğmə əruz vəznindədir. Amma onu Röya oxuduğu üçün sizə bayağı gəlmir. Burdan da o nəticəyə gəlirik ki, biz "nə” ilə yox, "kim”ilə mübarizə aparırıq. Brilliant Dadaşovanın, Ədalət Şükürovun, Röyanın repertuarından ən az üç bayağı mahnını mən sizə sübutu ilə göstərə bilərəm. Nə üçün xüsusilər bayağı oxuyanda sizə toxunmur? Onlar hamısı elə elit məclislərdə bəyənmədikləri meyxanaçı uşaqların yazdığı sözlər ilə at oynadırlar. Böyük məclislərin, böyük insanlarını rəqs elətdirirlər o bəyənəmədikləri meyxanaçıların mahnıları ilə. Kimsiz ki, guya? Mən dediklərimdən əmin olduğum üçün ad çəkməyə də çəkinmirəm. Üzünüz əyridirsə, güzgünü niyə sındırısız, üzünüzü düzəldin. İçi mən qarışıq bir çox sənət yoldaşlarım şou-biznesdə ümumidir. Bir də var ki, xüsusi olanlar, seçilənlər. Məsələn, mən özümdən deyim. Hansısa məclisdə yad bir xanımla səmimi görüntüm yayılsa ilk öncə mənim xanımım deyər ki, Aydın bu nə səmimiyyətdir? Məndən açıqlama gözləyəcək. Amma Aygünlə və ya Röya ilə şəkil çəkdirsəm, mənə o sualı verərlər? Təbii ki, yox. Xalq tərəfindən qəbul olunan simalar var".

Müğənni bəzi qadın həmkarlarını tənqid edib: 

Qaldı ki, o biri "civcivlərə”, onlar artıq yavaş-yavaş ələnirlər. Bir neçə ildən sonra hansısa tanışının əli ilə jekdə katibə kimi işləyəcəklər. Çünki onlar heç kimə lazım deyillər. Xanımlardan çox danışmaq istəmirəm amma o mənimlə eyni səhnəni bölüşürsə, artıq burda kişi, qadın söhbəti olmamalıdır. Elə sənətkarlarımız var ki, mən onlardan sonra səhnəyə çıxanda utanıram. Hətta adımın onların adından sonra səslənməsindən belə utanıram. Adamın bir az vicdanı olar. Onlardan sonra adam özünü dinləyiciyə necə "soxuşdura” bilər? Bədəni ilə? Onlarda bu özgüvəni yaradan, onlara baxıb ağzının suyunu axıdan üç, dörd nəfərdir. 

Bəs onlar kimə güvənirlər sualına isə Sani "Daydaylarına! Ənkələrinə!” cavabını verib.

 

Aysel Hacızadə

 

OXŞAR XƏBƏRLƏR