Muğam ifaçısı, Azərbaycan Dövlət Televiziyasının solisti Bəyimxanım Vəliyeva xeyli sürən sükuta son qoydu.
Müğənni iki yeni mahnısını repertuarına əlavə edib. Bu barədə danışan Bəyimxanım hər iki mahnını eyni müəllifdən aldığını açıqladı. “Azərbaycan” və “Çiçəyim” adlı əsərlərin musiqisi Nailə Mirməmmədliyə sözləri isə Sona Vəliyevaya məxsusdur.
“Mən vətənpərvər mahnıları sevirəm. Tez-tez müraciət edirəm. Bu dəfə də hər iki mahnım ilin ən gözəl vaxtlarından birinə təsadüf etdi. Sona və Nailə xanımların birgə işi çox gözəl alınıb. İki yaradıcı xanımın bir not üzərinə gəlməsini mənə mükəmməl iş verdi. Hər ikisinə çox minnətdaram”.
Bəyimxanım səssiz qalmasının da səbəbini açıqladı: “Mən daimi sənət tərəfdarı olmuşam. Tez-tez çıxıb nələrisə nümayiş etdirmək təbiətimə uyğun deyil. Yaxşı mahnı olarsa onu tamaşaçılarım üçün ifa etməyi hər şeydən üstün tuturam”.
Sözügedən ifaları dinləyə bilərsiz: