Beyləqan İntellektual Klubu yaradıldı

GƏNCLİK
12:10 18.07.2012
1582
Beyləqan İntellektual Klubu yaradıldıGənclərin vətənpərvərlik tərbiyəsi klubu və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı, Azərbaycan İntellektual Oyunlar Federasiyası və Beyləqan rayonu Gənclər və idman idarəsinin dəstəyi ilə Beyləqan rayonunda intellektual klub təsis edilib.  Beyləqan İntellektual Klubu regionlarda intellektual oyunların inkişafı, gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə yaradılıb. Klubda ənənəvi intellektual oyunların – Nə? Harada? Nə zaman?, Breyn-rinq, Xəmsə təşkili ilə yanaşı müxtəlif intellektual inkişaf yönümlü tədbirlərin keçirilməsi planlaşdırılır. Azərbaycan İntellektual Oyunlar Federasiyasından verilən məlumatda qeyd olunur ki, tezliklə Beyləqanda Nə? Harada? Nə zaman? oyunu üzrə rayon çempionatı keçiriləcək. Federasiyanın icraçı direktoru Seymur Teymurovun sözlərinə görə, Beyləqan İntellektual Klubunun təsis edilməsi Azərbaycan gəncliyi 2011-2015-ci illərdə dövlət proqramının regionlarda gənclərin intellektual klublarının yaradılması bəndinin icrası istiqamətində növbəti addımdır. Qeyd edək ki, Azərbaycan İntellektual Oyunlar Federasiyası dövlət proqramının icrası çərçivəsində bir müddət öncə Qubada intellektual klub təsis etmişdi. Bu istiqamətdə işlər digər regionlarda da davam etdiriləcəkdir.

OXŞAR XƏBƏRLƏR