Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub.
Beyləqan rayon sakininin 44 min manata yaxın pulunu alan şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 29-da rayon sakini Mehman Əliyevə məxsus, içərisində 43270 manat pul olan sellofan torbanı soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən rayon sakini Yusif Dayandurlu tutulub.
///Report