Beyləqanda 600 hektar pambıq sahəsini kim məhv edir?- FOTO-VİDEO

Beyləqanda 600 hektar pambıq sahəsini kim məhv edir?- FOTO-VİDEO
SOSİAL
16:54 30.08.2017
1458

Son illər prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə pambıqçılığın inkşafı məqsədi ilə dövlət səviyyəsində işlər aparılır. Ancaq prezidentin bu təşəbbüsünü bəzi məmurlar qulaqardına vuraraq, pambıqçılığın inkşafını özlərinin şəxsi mənfəət obyektinə çevirməkdədirlər. Belə bir məmurlardan biri də Beyləqan rayonunda yerləşən Kənd Təsərrüfat İstehsalat  Müəsissəsi MMC-nin direktoru Çərkəz Şirinovdur. 

Beyləqan rayon sakini Şahin Əsədovun Azfakt.com-a verdiyi məlumata görə, müəsissə direktoru Çərkəz Şirinov dövlətin pambıqçılığın inkişaf etdirilməsi siyasətindən sui-istifadə edərək, özünün şəxsi binznesini inkşaf etdirir. Belə ki, hazırda Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsində 600 hektara yaxın pambıq əkilməsinə baxmyaraq, Çərkəz Şirinovun səhlənkarlığı, layqeydsizliyi nəticəsində bu qədər əkin sahəsi məhv olmaq üzrədir.  

Məlumatda qeyd edilir ki, Çərkəz Şirinov pambıq sahələrinin becərilməsi üçün dövlətdən təxminən 300 min manata yaxın vəsait almasına baxmayaraq, demək olar ki, heç ciddi iş görülməyib. Əvəzində isə direktor dövlətdən aldığı vəsiatin bir hissəsinə mal-qara alaraq rəhbərlik etdiyi müəsissədə saxlatdırır. 

Çərkəz Şirinovun qanunsuzluqları ilə üzləşən Şahin Əsədovun verdiyi məlumatda bildirilir ki, müəsissə direktoru pambıq sahələrində öz mal-qarasını otardırır. Dəfələrlə Çərkəz Şirinovun bu hərkətinə etiraz edənlər olmasına baxmayaraq, müəsissə direktoru açıq aşkar deyib ki, "dövlət bilər, mən bilərəm”. 

Şahin Əsədov iddia edir ki, Çərkəz Şirinovun bu hərəkətləri prezident İlham Əliyevin pambıq siyasətini ayaqlar altına atmaq deməkdir. Çünki ölkə rəhbəri dayanmadan rayonlara səfər edərək, pambıqçılqla maraqlanır və bu sahənin inkşafı üçün bütün lazım olan köməkliklərin edilməsi üçün tapşırıqlar verir. Şikayətçi Şahin Əsədovun iddiasına görə, Çərkəz Şirinov bu özbaşınalığını tələbə yoldaşı, onun əsas himayədarı və bu vəzifəyə təyin edilməsini təşkil  edən Tofiq Qocayevə arxalanaraq həyata keçirir. Müəsissə direktorunun himayəçisi olan Tofiq Qocayev Kənd Təsərrüfatı Nazirliyinin Dövlət  müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri işləyir. Demək olar ayda 1-2 dəfə Beyləqana səfər edən Tofiq Qocayev Çərkəz Şirnovun bütün qanunsuzluqlarından və özbaşınalıqlarından xəbərdardır. Həmçinin bu qanunsuzluqlara və özbaşınalıqlara şərikdir. Çərkəz Şirinov özü hər yerdə deyir ki, Tofiq Qocayev tələbə yoldaşıdır və nazir Heydər Əsədovla yaxındır, onun direktor təyinatı üçün nazirə çatacaq "haqq-hesabı” tələbə yoldaşı vasitəsi ilə çatdırıb. 

Qeyd edək ki, Çərkəz Şirinovun dövlət torpaqlarını şəxsi mənafeləri üçün istifadə etməsi ilə bağlı bir neçə həftə bundan öncə oxuculara məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Heydər Əsədovun Beyləqandakı adamı Kənd Təsərrüfat İstehsalat Müəsissəsi MMC-nin toraq sahəsində gizli şəkildə 500 hektar taxıl əkib. Müəsissə direktoru 500 hektar torpaq sahəsindən 2 (iki) min tona yaxın məhsul əldə edərək satıb. Hazırda qara bazarda taxılın topdan satış qiyməti 0,25 qəpikdən hesablanır ki, buda Çərkəz Şirinova 500 min manat qazanc  gətirməsi deməkdir.

Həmin məlumatda Çərkəz Şirinovun əldə etdiyi yarım milyon manat vəsaitin tək yemədiyi, qazancın bir hissəsinin əsas himayədarı olan Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri Tofiq Qocayevə verməsini qeyd etmişdik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
11:24 12.09.2025
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
11:18 12.09.2025
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
11:04 12.09.2025
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı