Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.
Qəza nəticəsində kənd sakini, 1962-ci il təvəllüdlü Kərimov Seymur Qaraca oğlu ölüb.
Onun 1996-cı il təvəllüdlü qızı Muradova Aytən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.











































