Beyləqanda güllələnən şəxslərin kimliyi bilindi

Beyləqanda güllələnən şəxslərin kimliyi bilindi
SOSİAL
17:33 06.09.2025
291

06.09.2025-ci il tarixdə saat 13:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbilə 2 nəfər (kişi cinsli)  Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Unikal"ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

"Onlardan 1988-ci il təvəllüdlü şəxs hazırda əməliyyata alınıb, 1983-cü il təvəllüdlü şəxsə isə sol baldırın çox qəlpəli açıq yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.
OXŞAR XƏBƏRLƏR