Beyləqan rayonunda iki avtomobil toqquşub.
Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 21-i saat 19 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakinləri Samir Sadıqovun və Nazim Nağıyevin idarə etdikləri VAZ markalı avtomobillər toqquşub.
Nəticədə S.Sadıqov hadisə yerində ölüb, N.Nağıyev və 1 sərnişini isə xəstəxanaya yerləşdirilib.
Beyləqan rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.