Beyləqanda narkotik və spirtli içkinin təsiri altında taksi sürən şəxs həbs edilib

Beyləqanda narkotik və spirtli içkinin təsiri altında taksi sürən şəxs həbs edilib
SOSİAL
10:14 21.07.2025
174
Beyləqanda narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü sürücü həbs edilib.

Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "Kia" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydasını pozduğuna görə sürücü İldırım Səfərova "saxla” işarəsi verilib. Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb.

İ.Səfərov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən onun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 7 sutka inzibati qaydada həbs olunub.
//apa
OXŞAR XƏBƏRLƏR