Beyləqanda yanğın törədən şəxs cərimə olunub

Beyləqanda yanğın törədən şəxs cərimə olunub
SOSİAL
10:36 06.09.2025
211
Sentyabr ayının 5-də Beyləqan rayonunun Baharabad qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğını 61 yaşlı Nurəddin Arifovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 2 hektar ərazidə əkin sahəsi yanıb.
 
N.Arifov barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
OXŞAR XƏBƏRLƏR