Bəylər Eyyubova yeni vəzifə verildi

Bəylər Eyyubova yeni vəzifə verildi
SOSİAL
17:14 30.06.2025
1314

Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubov tutduğu vəzifədən azad edilib.

AZXEBER.COM Gununsesi.info-ya istinadən xəbər verir ki, Bəylər Eyyubov Prezidentin Katibliyinin rəisi təyin olunub.

Qeyd edək ki, Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub. 16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.

O, göstərdiyi xidmətlərinə görə "Şərəf”, "Azərbaycan bayrağı”, "Vətənə xidmətə görə” (3 dəfə) və digər orden və medallarla təltif edilib.

OXŞAR XƏBƏRLƏR