Beynəlxalq düşərgə yekunlaşdı - FOTO

GƏNCLİK
15:17 15.08.2011
2236

Təşkilatdan AZXEBER.COM-a verilən məlumata görə, 12 avqust Beynəlxalq Gənclər Günündə, açıq hava altında düşərgənin rəsmi bağlanış mərasimi keçirildi. Mərasimdə düşərgənin yekunları elan edildi. Belə ki, 5 günün nəticələr inə görə düşərgənin qalib komandası “Bakı” komandası oldu. Eyni zamanda ən yaxşı mətbəx nominasiyasında Tacikistan, ən yaxşı təqdimat nominasiyasında isə Rusiya gəncləri qalib gəldilər. Ana dilimizin ən yaxşı mənimsənilməsi üzrə isə Qırğızıstan gəncləri qalib seçildi.

Mərasimdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayilov qeyd etdi ki, bu düşərgə iştirakçı gənclər üçün yeni bir fürsətdir. Bu gün burda yaranan dostluq əlaqələri gələcəkdə MDB ölkələrinin birgə inkişafına dəstək olacaq. İştirakçılara təşəkkürünü bildirən Ş.İsmayilov “MDB məkanının gənc liderlərini bir araya gətirdiyimiz üçün çox şadıq. Bu birlikdən biz dostluq, talerantlıq, güvən və məsuliyyəti öyrəndik”- deyə çıxışını yekunlaşdırdı.

Mərasiminin davamında qaliblərə “Paşa Bank” və “Oriflame” şirkətlərinin  təqdim etdiyi hədiyyələr verildi. Yeri gəlmişkən qeyd edək ki, “Oriflame”nin Azəbaycan üzrə rəhbəri Sergey Alikseyenko düşərgənin iştirakçılarına liderlik mövzusu üzrə təlim də keçmişdir.

Sonda bütün iştirakçılara “MDB Ölkələri Tələbə Liderlərin Yay Məktəb-Düşərgəsi”ndə iştiraklarını təsdiqləyən diplomlar təqdim edildi.

Qeyd edək ki, bu düşərgə ATGTİ-nin reallaşdırdığı 3-cü, beynəlxalq olan isə 1-ci düşərgəsidir. Əvvəlki düşərgələr Lənkaran və Qubada reallaşmışdı.

 

OXŞAR XƏBƏRLƏR