Minlərlə insanın maraq göstərdiyi şənliklərdə müxtəlif növ xiyarlar ilə yanaşı, xiyar turşuları, şirinləri və qızartmalar da nümayiş olunub. Tədbirlər çərçivəsində xiyar mütəxəssisləri məhsuldan hansı yeməklərin hazırlana biləcəyi ilə əlaqədar məlumatlar veriblər.
Ən uzun xiyar istehsal yarışması, konsertlər və xalq rəqsləri ilə şənliyə çevrilən festivalda xiyar şəkilli kostyumlar da maraq doğurub. Festival iştirakçılarına xiyardan hazırlanan müxtəlif yeməklər hədiyyə edilib.
Ənənəvi olaraq hər il keçirilən xiyar festivalının Suzdal şəhərində baş tutmasının maraqlı bir tarixi var. Rəvayətə görə, XIII əsrdə Hindistandan ilk dəfə gətirilən xiyar Suzdal torpaqlarını bərəkətləndirib. O dövrlər Suzdal həmçinin "Xiyar Krallığı" da adlandırılıb.