“Beynəlxalq aləmdə ciddi sınaqlarla qarşı-qarşıyayıq”

“Beynəlxalq aləmdə ciddi sınaqlarla qarşı-qarşıyayıq”
SİYASƏT
13:34 09.11.2023
196
"Beynəlxalq aləmdə ciddi sınaqlarla qarşı-qarşıyayıq”.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.

O bildirib ki, koronavirusun qlobal iqtisadiyyata təsirləri hələ də aradan qalxmayıb.

R.T.Ərdoğan xatırladıb ki, bu gün Yaxın Şərqdəki müharibənin 34-cü günüdür.
Türkiyə lideri, həmçinin həmişə demokratiyadan danışan Qərb ölkələrinin ikiüzlü davrandığını söyləyib. O, Qərbin uşaq və qadın ölümlərinə etinasız yanaşdığını deyib: "Mən İslam dövlətlərini həmrəyliyə, birliyə çağırıram. İndi buna ehtiyac var”.
 
///report
OXŞAR XƏBƏRLƏR