Beynəlxalq Atom Enerjisi Agentliyi İranla bağlı xəbərdarlıq etdi

Beynəlxalq Atom Enerjisi Agentliyi İranla bağlı xəbərdarlıq etdi
DÜNYA
16:58 21.06.2023
191
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın zənginləşdirilmiş uran ehtiyatını artdığını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İranla nüvə üzrə danışıqlar son həftələrdə yenidən sürət qazanıb. Gərginliyin zaman-zaman artdığı, zaman-zaman azaldığı barədə qarşılıqlı açıqlamalar verilir. Tehran yeni nüvə sazişinə hazır olduğunu nümayiş etdirsə də, Vaşinqton və Təl-Əvivdən buna qarşı sərt bəyanatlar verilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bəyanatında İranın zənginləşdirilmiş uran ehtiyatının artdığını açıqlayıb.

MAQATE-nin məlumatına görə, İranın təxmin edilən zənginləşdirilmiş uran ehtiyatları icazə verilən həddi 23 dəfə artıqdır.

"Bloomberg” informasiya agentliyi bildirib ki, MAQATE ötən fevral ayında İrandakı obyektdə 90 %-ə qədər zənginləşdirilmiş uran izləri aşkar edib. Bu isə nüvə silahı əldə etmək səviyyəsindən bir qədər aşağıdır.

İran uranı yüksək səviyyədə zənginləşdirməsi ilə bağlı iddiaları rədd etsə də, MAQATE fevralın sonunda "Bloomberg” in dərc etdiyi hesabatı təsdiqləyib.
Beləliklə, İranın ümumi zənginləşdirilmiş uran ehtiyatı mayın 13-də təxmin edilən 4744,5 kiloqrama çatıb. 

MAQATE-nin direktoru Rafael Grossi İran nüvə proqramını inkişaf etdirdiyini və bir neçə nüvə silahı istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana malik olduğunu söyləyib.

Xatırladaq ki, Tehranla beynəlxalq güclər arasında 2021-ci ilin aprelində başlayan və Avstriyanın paytaxtı Vyananın ev sahibliyi ilə təxminən bir il davam edən danışıqlar yarımçıq qaldı.

Tehran və ABŞ arasında Hərtərəfli Birgə Fəaliyyət Planı (COEP) kimi tanınan  və P5+1 ölkələri (BMT TŞ-nin 5 daimi üzvü, Böyük Britaniya, ABŞ, Çin, Fransa, Rusiya və Almaniya) sanksiyaların ləğvi müqabilində 2022-ci ilin avqustunda danışıqlar masasına qayıtdılar. Lakin danışıqlar əhəmiyyətli nəticə vermədi. Avropa Birliyi nüvə razılaşmasını aktuallaşmasını təklifi etsə də, İran buna razılıq vermədi. 

Son bir neçə ayda İranın uranın zənginləşdirilməsi sürətinin nüvə silahı əldə etmə səviyyəsinə yaxınlaşması ilə bağlı bir çox rəsmi və qeyri-rəsmi xəbərlər yayılıb.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR