Beynəlxalq Atom Enerjisi Agentliyi Ukraynadakı müşahidəçilərinin sayını artıracaq

DÜNYA
15:22 13.09.2024
220
Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) Ukraynada monitorinq missiyalarını genişləndirəcək.

"Energoatom" şirkəti atom elektrik stansiyasının təhlükəsizliyinə təsir edən infrastruktur obyektlərinə müşahidəçilərin göndəriləcəyi ilə bağlı məlumat yayıb.

Qeyd olunub ki, bu günlərdə AEBA-nın bir qrup eksperti AES-in təhlükəsizliyinə və işinin sabitliyinə təsir edən elektrik yarımstansiyalarından birinə baş çəkib.

Yarımstansiya bu yaxınlarda Rusiyanın endirdiyi kütləvi raket zərbələri nəticəsində zədələnib.

Bu səfər AEBA-nın baş direktoru Rafael Qrossi ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin başlanğıcı oldu.
 
///report
OXŞAR XƏBƏRLƏR