Beynəlxalq Bank daha 9 ailənin məşğulluğuna kömək göstərdi

İQTİSADİYYAT
15:52 22.05.2020
440
Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata keçirilən özünüməşğulluq proqramı çərçivəsində həssas əhali qruplarına dəstəyini davam etdirməkdədir.

AZXEBER.COM xəbər verir ki, ötən ay 3 aztəminatlı ailəyə kiçik sahibkarlıq müəssisəsi qurmaqdan ötrü lazımi avadanlıqlar alan bank daha 9 ailəyə bu istiqamətdə kömək göstərir. Alınacaq avadanlıqların sənədləri artıq ailələrə təqdim olunub. Belə ki, Bakının Binəqədi rayonunda məskunlaşmış məcburi köçkün Kamalov Laçın Fariz oğluna peşəkar foto xidməti ilə məşğul ola bilməkdən ötrü lazımi cihazlar alınacaq. Buzovnada yaşayan Nağıyev Cavid Xalis oğluna parket və taxta döşəmə cilalanması üçün lazımi avadanlıqlar təqdim ediləcək. Daha üç vətəndaşımız, Xətai rayonunda məskunlaşmış məcburi köçkün Səfərova Ruhiyyə Tahir qızı, Hövsan qəsəbəsi sakini Baxışova Səadət Cəmil qızı və Şirvan şəhərində yaşayan Qədirov Ramil Tələt oğlu isə Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi avadanlıq hesabına tekstil məhsullarının istehsalı ilə məşğul olacaqlar. Suraxanı rayon sakini Qəribova Mehriban Eldar qızı Bankın köməyi ilə əldə etdiyi avadanlıqlarla musiqi fəaliyyəti ilə məşğul olacaq. Abşeron rayonunda yaşayan Əliyev Uluyurd Nəbi oğlu, Gəncə şəhər sakinləri Həsənov Ramiz Faiq oğlu və Həbibov Anar Zaman oğlu Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi avadanlıqlarla yaşadıqları ərazidə "Playstation” salonu quraraq öz məşğulluqlarını təmin edə biləcəklər.

Məlumat üçün bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi bu proqram çərçivəsində aztəminatlı ailələr öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Burada məqsəd həmin ailələrə kiçik biznes qurmaq, yaxud mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Elə bu proqramın unikallığı da vətəndaşlara nağd vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir. Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Bank özünün Sahibkarlar Klubu xəttilə 50-dək aztəminatlı ailəyə kiçik biznes qurmaqda dəstək verəcək. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyən edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:56 06.07.2020

MTRŞ sədri: “Teleradio sahəsində satış, reklam sistemi, ünsiyyət və lisenziyalaşmaya yanaşma dəyişməlidir”

16:46 06.07.2020

Avropa İnvestisiya Bankı: ”Azərbaycanda biznesə dəstəyi “AccessBank”la həyata keçiririk

16:30 06.07.2020

Naqif Həmzəyev: Dünyanın ən böyük çinar meşəsi ermənilər tərəfindən dağıdılır

16:11 06.07.2020

DTX-nin həbs etdiyi yüksək vəzifəli məmur məşhur müğənninin atası imiş

16:04 06.07.2020

Prezident və birinci xanım Bakıda modul tipli hospitalın açılışında - FOTO

15:51 06.07.2020

Xüsusi karantin dövründə icazə verilən sahələrə uyğun fəaliyyət növləri elan olundu

15:46 06.07.2020

İlham Əliyev Nursultan Nazarbayevə zəng etdi

15:39 06.07.2020

BNA məsləhət almaq üçün 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

15:35 06.07.2020

Ərdoğan Azərbaycanda koronavirusdan ölənlərə görə İlham Əliyevə başsağlığı verdi

15:21 06.07.2020

Nazir Qarabağ döyüşçüsünü polis rəisi vəzifəsinə təyin etdi

15:16 06.07.2020

DTX Xarici İşlər Nazirliyinin vəzifəli şəxslərini belə həbs etdi - ANBAAN VİDEO

15:08 06.07.2020

DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edildi

14:41 06.07.2020

Unicapital rəhbərliyində yeni təyinatlar oldu

14:36 06.07.2020

Rövşən Binnətli və Fikrət Adıgözəlli koronavirusa yoluxdu - FOTO

14:28 06.07.2020

“Fairmont”da jurnalistləri təhqir edən şəxs həbs edildi

14:23 06.07.2020

13 yaşlı uşaq ana oldu - 10 yaşlı oğlandan hamilə qalmışdı