“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Rusiyadakı törəməsi – “ABB-Moskva”nın İdarə Heyətinə yeni sədr təyin edilib.
Fins.az xəbər verir ki, bu, Emin Əfəndiyevdir. Yeni sədr səlahiyyətlərinin icrasına dekabrın 15-dən başlayıb.
Bu təyinata qədər Emin Əfəndiyev banklarda, o cümlədən ABB və “Kapital Bank”da çalışıb.