Beynəlxalq Bankla bağlı daha bir sensasion fakt: terrorçulara bankdan pullar ötürülür

MANŞET
15:26 22.11.2016
1706
 
Bir zamanlar rəhbəri Cahangir Hacıyev olan Beynəlxalq Bankın Moskva filialı çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsində ittiham olunur. Məlum olub ki, Rusiyanın hüquq-mühafizə orqanları bu istiqamətdə bir neçə aydır araşdırma aparır.

Sankt-Peterburq şəhərində yerləşən "Azərbaycan Beynəlxalq Bankı-Moskva" ASC-nin fəaliyyəti ilə əlaqədar Rusiyanın Daxili İşlər Nazirliyi Mərkəzi Bankın Şimal-qərb baş idarəsinin rəhbərliyinə müraciət edib. 

Bir nüsxəsini əldə etdiyimiz məktubda deyilir ki, hüquq-mühafizə orqanları "İnTransServis" ASC ətrafında araşdırma apararkən bankın fəaliyyətilə bağlı bir sıra qanunsuzluqlar üzə çıxarıblar.

Məktubda yazılır ki, araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin- çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir.

Araşdırmaların nəticəsinə istinadən qeyd edilir ki, eyni adamların yaratdığı "bir günlük" şirkətlər vasitəsilə ölkədən böyük həcmdə vəsaitlər çıxarılıb. Həmin şübhəli pul köçürmələrini də "Azərbaycan Beynəlxalq Bankı-Moskva" həyata keçirib.

Ciddi ittihamların qeyd edildiyi məktubda Mərkəzi Bank rəhbərliyinə müraciət edilir.

Həmin məktubda rəhbərlikdən xahiş olunur ki, "Azərbaycan Beynəlxalq Bankı-Moskva"ya vəzifə  öhdəlikləri, o cümlədən çirkli pulların yuyulmasının qarşısını alan qanunlara əməl olunmasının zəruriliyi xatırladılsın, şübhəli əməliyyatlar haqda hüquq-mühafizə orqanlarına məlumat verilsin.

Qeyd edək ki, bankın Moskva filialı ilə bağlı araşdırma haqda sabiq bankir Cahangir Hacıyev də danışmışdl.

Bakı Ağır Cinayətlər Məhkəməsində son sözlə çıxış edən Cahangir Hacıyev bu baş verənlərə görə maliyyə naziri Samir Şərifovu və bankın indiki rəhbərliyini günahlandırmışdı.

Həmin vaxt Hacıyevin dedikləri aşağıdakı kimi idi: "Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, onu öyrədən Samir Şərifovun adından ictimaiyyətə fantastik rəqəmlərlə pulların ofşor zonalara köçürüldüyü iddiası ilə yalan məlumatlar verib, təqsirsizlik prezumpsiyamızı pozmaqdansa, açıqlama versin ki, nəyə görə dövlət adından təyinat alan "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nın rəhbərliyi barəsində "çirkli pulların yuyulması" ittihamı var? Bəlkə Samir Şərifovun adamı olan şəxslər barəsində açılan cinayət işini də də təcridxanadan mən idarə etmişəm?

Sizlər onsuz da Hollivud kinolarında olmayan fantaziyanızdan istifadə edib, məni və digər saxlanılan şəxsləri "cinayətkar qrup kimi" təqdim etməyə öyrəşmisiz. Maliyyə Nazirliyinin rəhbərliyi bu gün leqal yollarla deyil, bu gün cinayətkar aləmlə əlbir olub, "Azərbaycan Beynəlxalq Bankı-Moskva"nı ayaqda tutmağa çalışır".

Bildirək ki, C.Hacıyev 15 il rəhbəri olduğu bank milyonlarla manatın mənimsənilməsində təqsirləndirilərək 15 il azadlıqdan məhrum edilib. (musavat.com)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər