Bakıda ənənəvi Beynəlxalq caz festivalı keçiriləcək. ANS PRESS-in Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, adıçəkilən nazirliyin, Azərbaycan Mədəniyyət Fondunun və “Sweet production” şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq festival oktyabrın 15-dən 29-dək olacaq. Festivalın davam etdiyi günlərdə dünyanın tanınmış caz ifaçıları şəhərimizin ğonağı olacaqlar. Oktyabrın 15-də Heydər Əliyev Sarayında məhşur caz ifaçısı Reyçel Ferrelin iştirakı ilə festivalın açılış mərasimi keçiriləcək. Caz bayramı aşağıdakı ardıcıllıqla davam edəcək: 15 oktyabr Heydər Əliyev Sarayı saat 20.00, Beynəlxalq Caz Festivalının açılış mərasimi-Rachelle Ferrel 16 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 20.00, Marcio Faraco 17 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 19.00, “Yeni adlar” caz layihəsi Beynəlxalq Muğam Mərkəzi saat 21.00, Elçin Şirinov 18 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 20.00, Rudresh Mahanthappa 19 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 19.00, “Yeni adlar” caz layihəsi Zaur Mirzəyev 19 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 21.00, Şahin Növrəsli 20 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 20.00, Amina Fiqarova 20 oktyabr Caz Mərkəzi saat 22.00, “Aleksandr MAŞİN və dostları” caz qrupu 21 oktyabr H.Əliyev Sarayı saat 20.00, De Phazz 22 oktyabr Azərbaycan Dövlət Filarmoniyası saat 18.00, Misirli Əhməd 22 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 20.00, Ben Westbeech 23 oktyabr Azərbaycan Dövlət Filarmoniyası saat 20.00, Salman Qəmbərov və Yuri Kuznetsov 24 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 19.00, Cəmil Əmirov və “Savab” qrupu 24 oktyabr Azərbaycan Dövlət Filarmoniyası saat 21.00, İsfar Sarabski 25 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 19.00, Əfqan Rəsl 25 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 21.00, Rain Sultanov 26 oktyabr Azərbaycan Dövlət Filarmoniyası saat 20.00, Vaqif Sadıxov 27 oktyabr Beynəlxalq Muğam Mərkəzi saat 20.00, Rafiq Babayev-75 Xatirə gecəsi 28 oktyabr Heydər Əliyev Sarayı saat 20.00, JAZZANOVA 28 oktyabr Caz Mərkəzi saat 22.00, Sonny Emory “Cachet Fusion” 29 oktyabr Heydər Əliyev Sarayı saat 20.00, Beynəlxalq Caz Festivalının yekun konserti