Beynəlxalq hesabat: “Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir”

SİYASƏT
18:32 19.08.2015
1368

Azərbaycan Cənubi Qafqazın ən sabit dövləti olduğu halda, Ermənistan region ölkələri arasında ən çox siyasi risklərlə qarşılaşan ölkədir.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Rusiyanın “Minchenko Consulting” kommunikasiya holdinqinin “Zaqafqaziya regionunda siyasi risklərin qiymətləndirilməsi” məruzəsində deyilir.Müəlliflər qeyd ediblər ki, Azərbaycan Zaqafqaziyanın ən güclü iqtisadiyyatı olan dövlət olmaqla, xarici investorları cəlb etməklə yanaşı, siyasi cəhətdən də sabit ölkədir:“Bakının əsas üstünlüyü onun çoxvektorlu xarici siyasəti və ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, İsrail və ərəb ölkələrinin maraqları arasında balansı qorumaq qabiliyyətidir”.Hesabatda qeyd edilib ki, ən böyük risklər 2015-ci il iyun ayında kütləvi etiraz aksiyaları ilə üzləşən Ermənistandadır. Onların fikrincə, elektrik enerjisi tarifləri ilə bağlı problem əhəmiyyətli risklərlə dolu olan Ermənistanın daxili və xarici siyasi kontekstin yalnız bir hissəsidir.Ölkənin iki dövlətlə-Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır. Bütün bunlar, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin davam etməsi böyük investisiyalar üçün baryerdir və yoxsulluğu qoruyub saxlayır.
OXŞAR XƏBƏRLƏR