Beynəlxalq icmalçı: “Azərbaycan göstərdi ki, silahları boş yerə almayıb”

Beynəlxalq icmalçı: “Azərbaycan göstərdi ki, silahları boş yerə almayıb”
SİYASƏT
11:16 19.04.2016
1597
"Azərbaycanın aldığı silahların bir gün işə düşəcəyi məlum idi. Lakin bu, Ermənistan üçün xoşagəlməz sürpriz oldu. Niyə bu silahlar aprelin əvvəlində atəş açmağa başladı? Bu sualın birmənalı cavabı yoxdur. Azərbaycan əminliklə göstərdi ki, hərbi ritorikası elə belə deyil. Silahları boş yerə almayıb".
Bunu tanınmış rusiyalı politoloq və beynəlxalq icmalçı Arkadi Dubnov Moskvanın Karnegi Mərkəzində keçirilən Dağlıq Qarabağla bağlı ekspert müzakirələrində çıxışı zamanı bildirib.
Ermənistanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərindən danışan A. Dubnov qeyd edib ki, Dağlıq Qarabağdakı “dörd günlük müharibə” münasibətlərə aydınlıq gətirib: “Aydın oldu ki, KTMT daxilində Dağlıq Qarabağla bağlı vahid rəy mövcud deyil. Ona görə də, bu təşkilatdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın nəsə gözləməsi yersizdir. Biz bunu baş verən son hadisələrdə Qazaxıstan və Belarusun simasında gördük. Məlumdur ki, Dağlıq Qarabağ KTMT-nin məsuliyyət daşıdığı ərazi deyil. “Dörd günlük müharibə” zamanı bu fakt bir daha təsdiqini tapdı. Eyni sözü Avrasiya İqtisadi Birliyinə də aid etmək olar. Aprelin 8-də Avrasiya İqtisadi Birliyinin Yerevanda iclası keçirilməli idi. Lakin iclas təxirə salındı və bu, Yerevanın razılığı olmadan edildi. Ermənistanın razılığı olmadan Avrasiya İqtisadi Birliyinin iclasının təxirə salınması ona təşkilatın üzv ölkələri tərəfində vurulan tərs bir şillə idi".
Erməni jurnalistin aprelin əvvəlində Dağlıq Qarabağda baş verən hərbi qarşıdurmanın birinci raundunun kimin xeyrinə bitdiyi ilə bağlı sualına cavabında Arkadi Dubnov bildirib ki, bu raundu xal hesabında Azərbaycan uddu: “Azərbaycan "status-kvo"nu pozdu və məqsədinə nail oldu. "Status-kvo"nu pozmaq Azərbaycanın marağında idi. Azərbaycan bununla bütün dünyaya nümayiş etdirdi ki, müharibə etməyə hazırdır. Bundan başqa, Azərbaycan psixoloji, siyasi və diplomatik planda da uğur qazanmış oldu. Bütün dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldə bildi”.
APA.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”