"Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına dur deməlidir"- Fərid Şahbazlı

"Beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına dur deməlidir"- Fərid Şahbazlı
SİYASƏT
22:23 16.07.2020
1192
Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutması faktı xarici KİV-in diqqət mərkəzindədir.

Ukraynın nüfuzlu "Qolos” Media Qrupu(www.golos.ua) da Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi növbəti təxribata geniş diqqət ayırıb. Golos.ua-nın materialında qeyd olunub ki, Azərbaycan ordusunun cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb və Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir.

AZXEBER.COM xəbər verir ki, Ukrayna mətbuatı mövzu ilə bağlı azərbaycanlı jurnalist, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının da fikirlərinə istinad edib.

F.Şahbazlı açıqlamasında qeyd edib ki, Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verənlər işğalçı ölkənin təcavüzkar siyasətinin davamıdır və növbəti təxribatdır. O bildirib ki, Ermənistan beynəlxalq diqqəti Azərbaycanın işğal edilmiş torpaqlarından yayındırmaq üçün bu şəkildə hərbi avantüra yolunu seçib. Jurnalist qeyd edib ki, işğalçı ölkə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, təcavüzkar siyasətinə görə, məsuliyyətdən qaçmağa çalışır: "Amma unudur ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti və sərhəddə törətdiyi təxribatlar Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın da prinsiplərinə ziddir”.

F.Şahbazlı xatırladıb ki, Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir: "Ermənistanın törətdiyi bu təxribat rəsmi Yerevanın münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığının daha bir sübutudur. Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir məqamda Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, işğalçı ölkənin BMT Baş katibinin pandemiya ilə bağlı qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi ilə bağlı mövqeyi ağ bir yalandır”.

F.Şahbazlı qeyd edib ki, Azərbaycan 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səbr edir: "Biz beynəlxalq hüququ pozmaq istəmirik. Daha çox insan qanının axıdılmasını istəmirik. Ancaq bizim səbrimiz də daşır. Azərbaycan Silahlı Qüvvələri regionun və dünyanın ən güclü ordularından biridir. Azərbaycan xalqı və dövləti Dağlıq Qarabağla bağlı heç bir güzəştə getməyəcək. Problem sülh yolu ilə həlli tapmazsa Azərbaycanda güc yolu ilə öz torpaqlarını işğaldal azad etmək əzmindədir”.

Azərbaycanlı jurnalist bildirib ki, Ukrayna da Azərbaycan kimi işğal və separatizmdən əziyyət çəkir: "Ukrayna Azərbaycanı yaxşı başa düşür. Biz Ukraynaya Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək üçün minnətdarıq”.

F.Şahbazlı beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, sərhəddə törətdiyi təxribata səssiz qalmamasının zəruri olduğuna diqqət çəkib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
01:16 13.10.2026
Makron Fransa Hərbi Dəniz Qüvvələrinin Reunion sahillərində tankeri saxladığını açıqladı
Niyə bəzi insanlar daha tez qocalır?
01:03 13.10.2026
Niyə bəzi insanlar daha tez qocalır?
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
00:50 13.10.2026
ABŞ rəsmisi: Trampın Ukrayna böhranını həll etmək cəhdlərinə müdaxilə edilməməlidir
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
00:40 13.10.2026
Zelenski Trampın həmin açıqlamasına cavab verdi
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
00:32 13.10.2026
İrlandiya millisinin sabiq məşqçisi cinsi zorakılığa görə 15 il yarım həbs edilib
Sabiq kansler prezident oldu
00:24 13.10.2026
Sabiq kansler prezident oldu
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
00:16 13.10.2026
Yaxın günlərdə bu bürclərin sevgi münasibətlərində problemlər yarana bilər
“Real Madrid”in ulduzu bu komandaya gedir
00:09 13.10.2026
“Real Madrid”in ulduzu bu komandaya gedir
Bakıda ət niyə baha satılır? - VİDEO
00:03 13.10.2026
Bakıda ət niyə baha satılır? - VİDEO
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
23:56 12.10.2026
Ronaldonun “Neftçi” ilə matçı raket hücumuna görə təxirə salındı
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
23:52 12.10.2026
Kiyevdə 25 mərtəbəli yaşayış binasına dron zərbəsi endirilib, ölən və yaralananlar var
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
23:41 12.10.2026
"Azərbaycan cəmiyyəti həmişə olduğu kimi xarici təxribatlara uymamalıdır" - VİDEO
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
23:36 12.10.2026
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
23:29 12.10.2026
İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
23:25 12.10.2026
Səbuhi Abbasov ATƏT-də Ermənistana çağırış etdi: “Əsl demokratiya siyasi bəyanatlarla deyil, ədalətlə ölçülür” - VİDEO
Paytaxtın bu ərazilərində işıq olmayacaq
23:16 12.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq