Beynəlxalq Kosmik Stansiyasında ammiak sızması baş verib

DÜNYA
10:52 10.05.2013
1314

Beynəlxalq Kosmik Stansiyasında mayın 6-da termik tənzimləyici sistemindən ammiak sızmasıbaş verib.Bu barədə məlumat ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, ammiak stansiyada enerji təchizatı sisteminin kanallarının soyudulmasında istifadə olunur.

NASA-nın məlumatına görə, Beynəlxalq Kosmik Stansiyası normal rejimdə fəaliyyət göstərir, heyətin sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Hal-hazırda nasazlığın aradan götürülməsi istiqamətində plan hazırlanır. //APA

OXŞAR XƏBƏRLƏR